BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Dövlət Rəssamlıq Akademiyasının rektoru vəzifəsinə təyin edilmiş Xalq rəssamı, professor, Natiq Əliyev fevralın 16-da akademiya kollektivinə təqdim olunub.
Akademiyanın paylaşdığı xəbərdə bildirilib ki, tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, eləcə də akademiyanın pedaqoji kollektivi iştirak ediblər.
Xəbərdə daha sonra qeyd olunub ki, “Elm və təhsil naziri, Natiq Əliyevin yeni fəaliyyətində davamlı uğurlar arzulayıb. Rektor Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyini söyləyib”.