Son yeniləmə: 16 Fevral 2023 16:04
BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv ölkəsi Türkiyədə baş vermiş, minlərlə insanın tələfatına və yaralanmasına səbəb olmuş güclü zəlzələdən zərər çəkənlər üçün humanitar yardım göstərib.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 16-da qurumdan məlumat verilib.
Bildirilib ki, Fond tərəfindən faciənin ilk günlərindən meydana gəldiyi bölgələrə xilasetmə əməliyyatlarına dəstək məqsədilə lazımi təchizatlar göndərilib: “Eyni zamanda zəruri körpə qidaları və təşkilatın uşaqlar üçün nəşr etdiyi kitabları Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərinə yola salınıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk xalqının üzləşdiyi faciə zamanı həlak olanların ailələrinə, yaxınlarına bir daha başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır”.