Son yeniləmə: 16 Fevral 2023 10:48
BAYRAQDAR MEDİA– KKTC-də fəaliyyət gösətərən Doğu Akdeniz Universiteti (DAU) Türkiyədə baş verən zəlzələdən sonra bir sıra tədbirləri ləğv edib.
Bu barədə Kibris Türk məlumat yayıb.
DAU rektorluğundan bir neçə gün öncə verilən açıqlamada tədbirlərin ləğvinə dair qərar qəbul edildiyi bildirilib.
Beləliklə, aprelin 7-də keçirilməsi planlaşdırılan Sound Set Festivalı, 13-də keçirilməsi planlaşdırılan 10-cu Xalq mahnıları ilə DAU tədbiri, mayın 12-də keçirilməsi planlaşdırılan 11-ci Rock N’ EMU tədbiri ilə 17-20 may tarixləri arasında keçirilməsi planlaşdırılan DAU 26-cı Bahar Festivalının ləğv edildiyi bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, universitetdə mart ayında keçirilməsi planlaşdırılan Kitab sərgisi daha sonrakı tarixə təxirə salınıb.