Press "Enter" to skip to content

Fars-molla rejimindən Güneyli xanıma vəhşi cəza: qəbirləri yuyacaq

Mina Yəqubi

Güneyli fəal qadına ağır cəza verildi: həbs, qamçı və 124 saat qəbirlərin yuyulması

BAYRAQDAR MEDİA – Əraq şəhərində yaşayan Güney Azərbaycanlı fəal Mina Yəqubi 11 il həbs, 84 şallaq zərbəsi və iki il sürgün cəzasına məhkum edilib. Bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

Bu haqda xəbəri Azad İran Telegram kanalı fevralın 16-da yayıb.

Bədən tərbiyəsi müəllimi olan M.Yəqubi etirazlara qatıldığı üçün həbs edilib və 2022-ci ilin oktyabrında girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıb.

O, günahsız olduğu üçün əfv ərizəsi yazmaqdan imtina etdiyini, təcridxanada olduğu müddətdə hər gün 12 saat təzyiqlər altında dindirildiyini yazıb.

Qadın fəal deyir: “Uzun müddət gündə 12 saat dindirilməyə və ağır işgəncələrə məruz qaldım. İndi mənə 11 il həbs cəzası, 124 saat qəbirləri yumaq, 85 şallaq və iki il sürgün cəzası verilib”.

Azyaşlı qız uşağının anası olan 23 yaşlı M.Yəqubi təcridxanada işgəncə edildiyi üçün sərbəst buraxıldıqdan sonra uzun müddət xəstəxanada müalicə alıb.

O, təcridxanadan çıxdıqdan sonra ağır döyüldüyünü göstərən fotolarını paylaşıb.

Mission News Theme by Compete Themes.