Press "Enter" to skip to content

“ASAN xidmət” daha bir beynəlxalq mükafata layiq görülüb

Mükafatın təqdim edilməsi zamanı

Son yeniləmə: 16 Fevral 2023 13:17

BAYRAQDAR MEDİA – Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən 10-cu Dünya Hökumət Sammitində “ASAN xidmət” “Qobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilib və xüsusi mükafata layiq görülüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 16-da “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, mükafat Dubay Əmirliyinin vəliəhd şahzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə təqdim olunub.

Qeyd edilib ki, “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin təşəbbüsü ilə Dünya Hökumət Sammiti çərçivəsində dünyada qabaqcıl hökumət təşəbbüslərinin qiymətləndirilməsi, dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaları təşviq etməklə uğurlu təcrübələrin mükafatlandırılması məqsədi ilə təsis olunub.

Dünyada bu formatda və növdə təsis olunmuş ilk mükafat olan “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatı üzrə qalib olan Azərbaycan 80 namizəd ölkə arasından seçilib.

Mission News Theme by Compete Themes.