Son yeniləmə: 15 Fevral 2023 11:32
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Kuzey Kıbrıs Türk Cümhuriyyəti də yardım üçün səfərbər olunub. Bu barədə Baş nazir Ünal Üstel məlumat verib.
Kibris Türk xəbər verir ki, Baş nazir bunu “Türkiyə üçün tək ürək-Acımız bir, yasımız bir” şüarı ilə təşkil edilən xüsusi yayımda deyib.
Qeyd edilib ki, “Kıbrıs Türk Həmrəylik Platforması” zəlzələ zamanı evlərinin itirənlərə 1000 konteynerlik şəhərçik tikməyə qərar verib. Artıq bu konteynerlərin tikilmısi üçün Türkiydən yer də istənilib.
Ü.Üstel, həmçinin, “Tariximiz bir, acımız birdir. Kədərli xəbər gəldiyi andan məsləhətləşmələr yolu ilə tədbir görməyə başladıq. Təəssüf ki, uşaqlarımızı sağ-salamat xilas edə bilmədik. Biz Anavətənimizə həm ərzaq, həm də maddi yardım baxımından yardım göndərmişik” deyib.
Ü.Üstel, zəlzələ zamanı həlak olan Kıbrıslı gənclərin, KKTC-nın foleybol üzrə milli komandasının üzvlərinin xatirəsinin yaşadılması üçün də qərar qəbul edildiyini açıqlayıb: “Uşaqlarımızın xatirəsini necə yaşada biləcəyimiz üzərində işləməyə başladıq. Qapalı idman meydançası tikmək, onların xatirəsinə abidə ucaltmaq üçün qərar qəbul etdik. Həmçinin, çempion mələklərimizin adını yaşatmaq üçün, orada yaşayış evi tikmək üçün Türkiyədən yer istədik”.