Son yeniləmə: 6 Mart 2023 10:38
BAYRAQDAR MEDİA – Türkiyədə “əsrin fəlakəti” olaraq xarakterizə edilən və 35 KKTC vətəndaşının da ölümünə səbəb olan zəlzələdən sonra dağılan Adıyaman Isias Oteli ilə bağlı Twitterdə kampaniya başladılıb.
Bu barədə Kibris Türk məlumat yayıb.
Məlumata əsasən, #isiaskatilleritutuklansın həştəqi ilə başladılan kampaniyada fevralın 15-nə kimi təxminən 27,7 min tvit göndərilib. Kampaniyada məqsəd otelin inşaatını həyata keçirənlərin cəzalandırılmasıdır.
Onu da qeyd edək ki, kampaniyaya qoşulanlar arasında KKTC-nin keçmiş prezidenti Derviş Eroğlunun qızı, keçmiş nazir Resmiye Eroğlu Canaltay da var
#isiaskatilleritutuklansın #adıyamanisiasotel #deprem pic.twitter.com/YE26QLjBmM
— Resmiye Eroğlu Canaltay (@ResmiyeCanalty) February 14, 2023