Press "Enter" to skip to content

Tələbələr ərzaqlarını da onlar üçün saxladı

Bir tələbənin yazdığı məktub

Son yeniləmə: 15 Fevral 2023 16:00

BAYRAQDAR MEDİA – Eskişehirdə universitet tələbələri yataqxanalara yerləşdiriləcək zəlzələdən zərərçəkənlər üçün maraqlı bir addım atıb. Tələbələr onlara təmiz paltar, yemək və təmizlik vasitələri ilə dolu otaqları qoyub, çıxıblar.

Bu barədə Eskişehirnet saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlərdən sonra Eskişehirə gətiriləcək zəlzələ qurbanlarının qalacağı Kredi ve Yurtlar Kurumu yataqxanalarında (KYK) son hazırlıqlar görülüb: “Zəlzələdən sonra təhsilin kəsilməsi səbəbindən məmləkətlərinə qayıdan universitet tələbələri, zəlzələ qurbanlarının otaqlarında qalmaları üçün təmiz paltar, yemək və təmizlik vasitələri ilə dolu masalarını tərk ediblər”.

Tələbələrin kabinetlərində və masalarda qoyulan yazılar isə gözləri yaşardıb. Həmin yazılardan birində deylir: “İlk növbədə hamınızı çox keçmiş olsun. Ümid edirəm hamınız yaxşısınız. Sizin üçün faydalı olacağını düşündüyümüz bəzi şeyləri bura qoyub, getdik. Biz sizin üçün əşyalar aldıq. Digər çantada quru yeməklər var. Trabzonda öz əllərimlə fındıq, qoz yığmışam. Tələbə olduğumuz üçün ancaq bu qədər kömək edə bildik”.

Mission News Theme by Compete Themes.