Press "Enter" to skip to content

“Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib

AMEA

BAYRAQDAR MEDİA – AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında müzakirəyə çıxarılan növbəti məsələlər Akademiyanın elmi müəssisələrində aparılan struktur islahatları haqqında olub.

Xəbər BAYRAQDAR MEDİA-ya fevralın 15-də AMEA-dan daxil olub.

İclasda AMEA prezidenti, akademik İsa Həbibbəyli müəssisədə idarəetmənin təkmilləşdirilməsi, paralel qurumların aradan qaldırılması, elmi istiqamətlər üzrə mütəxəssislərin vahid mərkəzdə cəmləşdirilməsi məqsədilə struktur islahatlarının aparıldığını bildirib. Eləcə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin ləğv edilməsi, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin bazasında Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması haqqında qərar qəbul olunduğu diqqətə çatdırılıb.

Həmçinin qeyd edilib ki, “Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya və Biblioqrafiyaşünaslıq şöbələrinin bazasında Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsi yaradılıb, Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsi isə Türkdilli əlyazmaların tədqiqi şöbəsi adlandırılıb”.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün İnstitutun Elmi şurasının qərarı ilə “Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib.

Xəbərdə eyni zamanda bildirilib ki, “müvafiq elmi-tədqiqat institutlarının təqdimatları nəzərə alınaraq AMEA Bakıxanov adına Tarix İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin Azərbaycanın e.ə. IV–b.e.VII əsrinin ortaları tarixi şöbəsi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda isə Son Neolit, Xalkolit (Eneolit) dövrü arxeologiyası şöbəsinin isə Neolit-Eneolit dövrü arxeologiyası adlandırılması barədə qərar qəbul olunub”.

Mission News Theme by Compete Themes.