Son yeniləmə: 15 Fevral 2023 15:01
BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 652 min barrel olub. Bunun 533 min barrelini xam neft, 119 min barrelini isə kondensat təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 15-də Energetika Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.