Press "Enter" to skip to content

FHN xilasediciləri 53 nəfəri dağıntılar altından sağ çıxarıb – VİDEO

Azərbaycan xilasediciləri iş başında

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Xəbər FHN-dən fevralın 15-də BAYRAQDAR MEDİA-ya daxil olub.

Bildirilir ki, “FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş bölgəsində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir”.

Mission News Theme by Compete Themes.