Press "Enter" to skip to content

Berlində “Azərbaycan və Almaniya: Sabit və perspektivli enerji əməkdaşlığı”

Tədbir zamanı

Son yeniləmə: 15 Fevral 2023 11:42

BAYRAQDAR MEDİA – Fevralın 14-də Berlində “Azərbaycan və Almaniya: Sabit və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib. Almaniyanın “Business & Diplomacy” jurnalının təşkilatçılığı ilə keçirilən tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 15-də Azərbaycanın Almaniyadakı səfriliyindən məlumat verilib.

Bildirilib ki, tədbirin əvvəlində Azərbaycana dair qısa video-çarx nümayiş etdirilib: “Sonra Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirin aparıcıları, “Business & Diplomacy” jurnalının əməkdaşları – Frank Şüttiq və Rayner Şubertin sualları əsasında Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi-sosial inkişafı, qonşuları ilə münasibətləri, Azərbaycandakı alman irsi, Azərbaycan-Almaniya münasibətləri və s. barədə tədbir iştirakçılarına məlumat verib. N.Ağayev Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət quran, qadınlara seçmək və seçilmək haqqı tanıyan, zəngin mədəniyyətə və multikultural dəyərlərə malik olan ölkə olduğunu bildirib. Səfir Azərbaycanın enerji sahəsində Avropa ilə fəal əməkdaşlıq etdiyini və Aİ-nın etibarlı tərəfdaşı olduğunu qeyd edib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən transregional layihələr – Cənub Qaz Dəhlizi, TAP, TANAP və s.- dən bəhs edən N.Ağayev bu qarşılıqlı faydalı əməkdaşlığın Aİ, o cümlədən Almaniya ilə münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb”.

Səfir Nəsimi Ağayev sualları cavablandırarkən
Səfir Nəsimi Ağayev sualları cavablandırarkən

Bildirilib ki, daha sonra N.Ağayev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən yer üzündən silinməsi, Azərbaycanın mədəni və dini abidələrinə qarşı aparılmış mədəni soyqırımı, Laçın-Xankəndi yolu ətrafında ölkəmizə qarşı aparılan qərəzli kampaniya və s. barədə məlumat verib.

Tədbir zamanı iştirakçılara Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıntıların miqyasını əks etdirən məlumatlar, turizm kitabçaları, habelə digər materiallar paylanıb.

Mission News Theme by Compete Themes.