Press "Enter" to skip to content

Avropa Birliyindən Ukraynaya pulsuz rominq xidməti

Avropa Birliyi

BAYRAQDAR MEDİA – Avropa Birliyi ölkələri ilə Ukrayna arasında mobil rabitənin daha da əlçatan olması üçün pulsuz rominq xidməti gerçəkləşdiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya fevralın 14-də Avropa Komissiyasından daxil olub.

Xəbərdə deyilir ki, hazırda AB ölkələri ilə Ukrayna arasında mobil operatorların könüllü təqdim etdiyi pulsuz rominq xidmət var. Lakin bu xidmət müvəqqətidir və bütün Avropanı əhatə etmir. Ona görə də Ukrayna xalqına əlavə dəstək kimi AB məsələni ən yüksək səviyyədə həll edərək qarşılıqlı pulsuz rominq imkanı yaratmağı zəruri sayır.

Xəbərdə deyilir ki, “təklif bundan sonra AB Şurasında nəzərdən keçiriləcək. Şuranın razılığının ardından AB-Ukrayna Ticarət Komitəsi tərəfindən birgə qərar veriləcək. Bu yolla da qarşılıqlı pulsuz rominq üçün yol açılacaq”.

Mission News Theme by Compete Themes.