Zəlzələ bölgəsindən olan tələbələrdən qeydiyyat yenilənmə haqqı tələb edilməyəcək
BAYRAQDAR MEDİA – Türkiyənin Anadolu Universiteti zəlzələ bölgəsindən olan tələbələrə güzəştlə bağlı qərar qəbul edib.
Universitetdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, zəlzələdən zərər çəkmiş 10 vilayətdən olan və Açıq təhsil, İqtisadiyyat, həmçinin, Biznesin idarə edilməsi fakültələrində təhsil alan tələbələr üçün
2022-2023-cü il yaz dönəmində qeydiyyat yenilənmə haqqı alınmayacaq.
Ümumiyyətlə, bu təhsil ocağında yaz dövrü qeydiyyatının yenilənməsi prosedurları isə aof.anadolu.edu.tr saytı üzərindən həyata keçirilə bilər.
Açıköğretim, İktisat ve İşletme Fakültelerinde Öğrenim Gören Öğrencilerimiz İçin Duyuru
Depremden etkilenen 10 ilimizdeki Açıköğretim, İktisat ve İşletme Fakültelerindeki depremzede öğrencilerimizden 2022-2023 Bahar Döneminde kayıt yenileme ücreti alınmayacaktır. pic.twitter.com/WUgHEg5uJ1
— Anadolu Üniversitesi (@Anadolu_Univ) February 13, 2023