BAYRAQDAR MEDİA – Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bütün imkanlarını səfərbər edən Denizli Böyükşəhər Bələdiyyəsi zəlzələdən zərər çəkən vətəndaşlara kömək üçün işlərini davam etdirir.
Bu arada Denizli Böyükşəhər Bələdiyyəsi Denizliyə gələn zəlzələ qurbanlarına pulsuz psixoloji dəstək veriləcəyini açıqlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.
Məlumata görə, Denizli Böyükşəhər Bələdiyyəsi Şəhər Şurası nəzdində fəaliyyət göstərən Qadın Məsləhət Mərkəzində çalışan psixoloqlar zəlzələ bölgəsindən Denizliyə gələn uşaqlar, qadın və kişilər də daxil olmaqla bütün zəlzələ qurbanlarına və onların yaxınlarına psixoloji dəstək verəcək.
Şəhər Şurasında keçiriləcək psixoloji dəstək işindən yararlanmaq istəyən vətəndaşlar və yaxınları 0 (258) 280 25 34/35/36 nömrəsinə zəng edərək qəbula yazıla biləcəklər.
Sözügedən xidmət həftə içi saat 08.00-17.00 arasında göstəriləcək.