Son yeniləmə: 14 Fevral 2023 15:32
Əldə ediləcək gəlir Türkiyədə zəlzələdən zərər çəkənlərə göndəriləcək
BAYRAQDAR MEDİA – Sarayevoda yaşayan Bosniya və Herseqovina vətəndaşı xeyirxah bir addım atıb. Əli adlı bu şəxs özünə məxsus “Mercedes GL 320” markalı avtomobilini satışa çıxarıb və satışdan əldə edəcəyi pulun hamısını Türkiyədəki zəlzələdən zərərçəkənlərə bağışlayacağı qeyd edib.
Bu barədə Balkan News məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Əli satış elanına “Türkiyədə yaşamışam, orada tanışlarım var. Bosniyanın onlara ehtiyacı olanda türklər mənzillərini, evlərini, maşınlarını, iş yerlərini satıb hər şeyi Bosniyaya göndərdilər” deyə yazıb.