BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev fevralın 14-də Qananın Azərbaycana yeni təyin olunmuş səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xidmətin yaydığı digər xəbərdə deyilir ki, İ.Əliyev eyni gündə San-Marinonun səfiri Con Matsanın da etimadnaməsini qəbul edib.
Prezidentə etimadnamə təqdim edən daha bir səfir isə Anqolanın təmsilçisi Augusto da Silva Kunha olub.