Press "Enter" to skip to content

Prezident bu şəxsi dövlət komitəsinə sədr təyin etdi

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev fevralın 14-də xeyli müddətdir boş qalan Dövlət Gömrük Komitəsinə sədr təyinatıyla bağlı Sərəncam imzalayıb.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Sərəncamla Şahin Soltan oğlu Bağırov Komitənin sədri təyin edilib.

Xatırladaq ki, adı daim neqativ məsələlərdə adlanan Səfər Mehdiyev 2022-ci ilin 16 iyulunda işdən çıxarılmasından sonra sədr vəzifəsi boş qalmışdı. Onun yoxluğunda hazırda sədr təyin edilmiş Ş.Bağırov sədri əvəz edirdi. O, 2022-ci il iyulun 18-də DGK sədrinin birinci müavini təyin edilmiş və sədrin vəzifələri də ona həvalə olunmuşdu.

Mission News Theme by Compete Themes.