Press "Enter" to skip to content

Mikayıl Cabbarov Adolfo Urso ilə görüşüb

Görüş zamanı

Son yeniləmə: 14 Fevral 2023 12:06

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 14-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Azərbaycanın İtaliya ilə münasibətlərin inkişafına önəm verdiyini, ölkələrimiz arasında tərəfdaşlığın gücləndiyini, dövlət başçılarının səfərlərinin, keçirilən görüşlərin əlaqələrin genişləndirilməsində xüsusi əhəmiyyətini vurğulayıb: “Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığıinkişaf edir. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. 2020-ci ilin sonunda tam istismara verilmiş Cənub Qaz Dəhlizi ölkəmizin Avropanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib”.

Görüşdə Azərbaycanınəlverişli işgüzar mühitibarədə məlumat verilib, İtaliya şirkətləri fəal tərəfdaşlığa dəvət olunub: “İtaliyanın şirkətlər və “ Made in İtaly” naziri Adolfo Urso qeyri-neft iqtisadiyyatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib, İtaliya şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirakamarağını bildirib, əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb”.

Tərəflər Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərini, sənaye, əczaçılıq, tikinti, dəmir yolları, təhsil, qida və s. istiqamətlərdə mümkün əməkdaşlıq modellərini müzakirə ediblər.

Mission News Theme by Compete Themes.