Press "Enter" to skip to content

İnsanların ölümünə sevinən məxluqlar

Əli Əkbər Raefi Pur

Son yeniləmə: 14 Fevral 2023 14:48

Fars-molla rejiminin təbliğatçısı bu rejimin mahiyyətini bir daha ortaya qoydu

BAYRAQDAR MEDİA – Fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ bütün dünyanı sarsıdıb. İnsan kimi düşünə bilən, insanlıqda payı olan hər kəs bu zəlzələdən sarsılıb.

Amma yazıqlar olsun ki, günümüzdə insanlıqdan kənar təfəkkürə malik, çoxsaylı insan ölümünə səbəb olan bu cür faciələrə sevinən məxluqlar da tapılır. Özü də həmin məxluqlar çox uzaqda deyil, İrandadır.

Yəqin dəyərli oxucular bu cür məxluqların məhz İranda olmasından heç də təəccüblənmədilər. Çünki əslində, bu cür davranış fars-molla rejiminin mahiyyətindən irəli gəlir.

Əlqərəz, çox uzatmadan deyək ki, fars-molla rejiminin təbliğatçılarından, daha dəqiq desək, sosial mediada təbliğat ruporlarından olan Əli Əkbər Raefi Pur, el dili ilə desək, səyləyib.

Araz News xəbər verir ki, Türkiyədəki zəlzələdən sonra açıqlama verən bu məxluq həmin zəlzələnin baş verməsinin İran üçün xeyirli olduğunu deyib. Bu xəstə təfəkkürlü məxluq, “Türkiyədəki zəlzələ Allahın işi idi ki, hadisələr İranın xeyrinə inkişaf etsin” ifadəsini işlədib.

Lakin bu da son deyil. Şovinist fars-molla rejiminin sosial şəbəkələrdə danışan dillərindən biri kimi tanınan bu məxluq Azərbaycanı da unutmayıb. Bu səy təfəkkürlü məxluq deyib ki, “əgər zəlzələ olmasaydı Azərbaycan Türkiyənin dəstəyi ilə Zəngəzura hücum edəcəkdi”.

Beləliklə, bütün dünya, o cümlədən Azərbaycandakı İran sevdalıları fars-molla rejiminin mahiyyətini bir daha görür, şahidi olur. Bir daha görürük ki, İslamı əlində bayraq edən bu rejim, əslində, bütün insani dəyərlərdən uzaqdır.

Mission News Theme by Compete Themes.