Urmiyada milli fəallar topladıqları yardımı qardaş ölkəyə göndəriblər
BAYRAQDAR MEDİA – “Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ Güney Azərbaycanlıları da kədərləndirib. Bu ağır gündə Güney Azərbaycanlılar Türkiyəyə yardım göstərmək üçün səfərbər olunublar”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azerbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Mərkəzi Şura üzvü Bulut Alemdar deyib.
Onun sözlərinə görə, artıq Urmiyada müvafiq addım da atılıb: “Urmiyada bir araya gələn Güneyli milli fəallar Türkiyənin bu şəhərdəki Baş konsulluğunun önünə gedib başsağlığı veriblər. Onlar həmçinin, topladıqları yardımları zəlzələ bölgəsinə göndəriblər”.
B.Alemdar qeyd edib ki, Güney Azərbaycanın digər şəhərlərində də Türkiyəyə yardım kampaniyaları başlanıb.