Son yeniləmə: 14 Fevral 2023 09:50
BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.
FHN-dən BAYARQDAR MEDİA-ya fevralın 14-də verilən xəbərə görə, qurumun xilasediciləri zəlzələdən zərər çəkmiş insanların yerləşdirilməsi üçün Kahramanmaraş bölgəsində çadırların qurulmasını həyata keçirir.