Son yeniləmə: 13 Fevral 2023 11:56
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ barəd hər keçən gün yeni məlumatlar, faktlar ortaya çıxır. Bu arada bəlli olub ki, Osmaniye şəhərinin də zərər çəkdiyi böyük fəlakətdə dağ silkələnib.
Bu barədə Haber Turk məlumat yayıb.
Bununla bağlı görüntülərdə mərkəzi Kahramanmaraş olan zəlzələdən çərər çəkmiş Türkiyənin Osmaniye şəhərində hadisə anında dağın silkələndiyi görünür. Anbaan qeydə alınan görüntülər zəlzələnin böyüklüyünü bir daha ortaya qoyub.
Osmaniyedə saat 04.17-də baş verən zəlzələ zamanı yerin və dağın silkələndiyi anlar zəlzələnin böyüklüyünü bir daha ortaya qoyub.