Press "Enter" to skip to content

Yanvarda 4 milyard kubmetrdən çox təbii qaz hasil edilib

Son yeniləmə: 13 Fevral 2023 13:12

BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay Azərbaycanda 4,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 2,3 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 162 milyon kubmetr artımla qaz hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 13-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə xaricə qaz satışı 2,2 milyard kubmetr təşkil edib: “Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Cari ilin yanvar ayında Avropaya 1 milyard kubmetr,Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-labu müddətdə 0,5 milyard kubmetrə yaxın qaz nəql olunub”.

Məlumata əsasən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 fevral 2023-cü il tarixinədək“Azəri-Çıraq-Günəşli”dən 204,6 milyard kubmetr, “Şahdəniz”dən isə 185 milyard kubmetrə yaxın qaz hasil edilib: “Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 130 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib”.

Mission News Theme by Compete Themes.