Press "Enter" to skip to content

Tərtərdə növbəti suvarma mövsümünə ciddi hazırlıq

Su kanalı

BAYRAQDAR MEDİA – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Tərtər rayonunda əkin sahələrinin növbəti suvarma mövsümündə su ilə təminatın yaxşılaşdırılması üçün Tərtər Suvarma Sistemləri İdarəsi tərəfindən hazırlıq işləri davam edir.

Fevralın 13-də AMSTASC-dən BAYRAQDAR MEDİA-ya verilən xəbərdə deyilir ki, “su itkisinin qarşısının alınması üçün arxların lildən və kol-kosdan təmizlənməsi, o cümlədən torpaq məcralı kanalların beton üzlüyə alınması da görülən işlərdən biridir. Əkin sahələrinin suvarılmasına 627 km-ə yaxın təsərrüfatlar daxili və təsərrüfatlar arası arxlar xidmət göstərir. Ötən il 397 min kub metr ekskavatorlarla, 116 min kub metr isə buldozerlərlə lildən və kol-kosdan təmizləmə işləri aparılıb”.

Həmçinin əlavə olunur ki, suvarma mövsümündə Tərtər çayında su davamlı olmadığına və fasilələrlə verildiyinə görə, əsas güc subartezian quyularının üzərinə düşüb. Ötən il su mənbələrindən 254 min 791 min kub metr su götürülərək 156 min 028 hektar sahəyə 199 min 767 min kub metr su verilib.

Qeyd edək ki, Tərtər Suvarma Sistemləri İdarəsi 29 min 133 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Əkin sahələri Tərtər çayı, İncə çayı, subartezian quyuları və Yuxarı Qarabağ kanalı üzərində quraşdırılmış Bəyimsarov nasos stansiyası vasitəsi ilə suvarılır.

Mission News Theme by Compete Themes.