Press "Enter" to skip to content

Qəbul imtahanı fevralın 19-da keçiriləcək

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA nın magistraturalarına qəbul imtahanı (I cəhd) fevralın 19-da keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 13-də Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün bu linkə daxil olmalıdırlar.

Qeyd edilib ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Mission News Theme by Compete Themes.