BAYRAQDAR MEDİA – “Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tikinti və yanğın təhlükəsizliyi normalarına riayət olunması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir”.
Fevralın 13-də FHN-dən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 27A ünvanında yerləşən “Park Azure” kompleksində istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış təyinatlı mərtəbələrində tikinti və yanğın təhlükəsizliyi normaları pozulmaqla yenidənqurma işlərinin aparılması haqqında bina sakinlərindən müraciət daxil olub.
Qeyd edilir ki, müraciət əsasında aparılmış qanunsuz yenidənqurma işləri dayandırılaraq, bu işlərin binanın dayanıqlılığına, möhkəmliyinə və yanğın təhlükəsizliyinə təsiri ilə bağlı FHN-nin Əməliyyat-istintaq İdarəsi, TTNDA və DYNX tərəfindən araşdırmalara başlanılıb.