“Dövləti və milləti bir-birinə qarşı qoymağa çalışanlara imkan verməyəcəyik”
BAYRAQDAR MEDİA – Böyük Birlik Partiyasının (BBP) Genel başqanı Mustafa Destici, “Aramızda fitnə salmağa çalışanlara, dövləti və milləti, həmçinin insanları bir-birinə qarşı qoymağa cəhd edənlərə imkan verməyəcəyik” deyib.
Bu barədə Eskişehirnet məlumat yayıb.
Məlumata əsasən, zəlzələ zamanı Adıyamanın Besni rayonunda dağıntılar altında qalaraq həyatını itirən Eskişehrin icra müdiri Melike Arıyürekin cənazə namazına qatılan BBP Genel başqanı ilk gündən zəlzələ bölgəsində olduğunu qeyd edib.
Zəlzələ fəlakətinin yaratdığı dağıntı və insan tələfatından dərin kədərləndiklərini ifadə edən M.Destici, dövlətin bütün qurumları ilə meydanda olduğunu bəyan edib: “Soyğunçuluq hadisələrinə təhlükəsizlik qüvvələrinin təsirli şəkildə müdaxilə etdiyini bildirən M.Destici, fəlakətin nəticələrinin birlik və həmrəyliklə aradan qaldırılacağını vurğulayıb”.