BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev İtaliyanın şirkətlər və “Made in Italy” nazirini qəbul edib.
Xəbəri fevralın 13-də Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, Prezident İ.Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak üçün Azərbaycana gəlmiş İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İ.Əliyev iki ölkə arasındakı xoş münasibətlərdən danışıb, Azərbaycanın bu münasibətlərə yüksək önəm verdiyini vurğulayıb.