BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı ana dili hərəkatı fəalı Əkbər Nəimi fevralın 12-də Tehranın Evin həbsxanasından sərbəst buraxılıb.
Xəbəri fevralın 13-də Azad İran Telegram kanalı yayıb.
Ə.Nəimi saxta ittihamlarla həbs edilərək 19 ay fars-molla rejiminin təcridxanasında və həbsxanada saxlanılıb.
2021-ci il iyunun 19-da Təbrizdə həbs edilən Əkbər Nəimi “qanunsuz qruplaşmaya üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimə müxalif qrupların xeyrinə təbliğat aparmaq”da ittiham olunub.
Qeyd edək ki, milli fəal “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və İran hökuməti tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan” dərnəyinin qurucularındandır.