Press "Enter" to skip to content

Denizliyə gələn zəlzələ qurbanları üçün xüsusi mərkəz yaradılıb

Zəlzələdən zərərə çəkənlər lazımi geyimlə təmin olunur

Son yeniləmə: 13 Fevral 2023 14:27

BAYRAQDAR MEDİA – Türkiyəni dərindən sarsıdan Kahramanmaraş zəlzəsindən sonra bütün imkanlarını səfərbər edən Denizli Böyükşəhər Bələdiyyəsi fəlakət bölgəsinə göndərdiyi yardım maşınları ilə yanaşı, yüzlərlə qrup, inşaat texnikası ilə dəstəyini davam etdirir.

Denizli Böyükşəhər Bələdiyyəsi eyni zamanda zəlzələdən sonra şəhərə gələn təbii fəlakətdən zərərə çəkənlər üçün hər cür addımı atır.

Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.

Bildirilib ki, Denizliyə gələn zəlzələ qurbanlarının ehtiyac duyduğu bütün geyim və qida materiallarını qarşılamaq üçün Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində bir mərkəz qurub.

Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan da öz növbəsində Böyükşəhər Bələdiyyəsi olaraq bütün imkanlarını səfərbər etməyə davam etdiklərini söyləyib: “Zəlzələ bölgəsindən Denizliyə gələn bütün qardaş və bacılarımızın geyim və yemək ehtiyaclarını qarşılamaq üçün Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində bir mərkəz yaratdıq. Biz burada onların bütün geyim və ərzaq ehtiyaclarını ödəyəcəyik. AFAD-dan qeydiyyatdan keçən qardaşlarımız ehtiyac duyduqları məhsulları buradan əldə edəcəklər. Vətəndaşlarımızı qorumağa və zəlzələnin yaralarını birlikdə sağaltmağa davam edəcəyik”.

Mission News Theme by Compete Themes.