BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Prezident İ.Əliyev tədbirdə iştirak və çıxış edib.