BAYRAQDAR MEDİA – Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutmaqda davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir: “Son 5 ildə ölkəmizdə aparılan ardıcıl sosial islahatların tərkib hissəsi olaraq minimum pensiyanın 2,5 dəfə artırılaraq 280 manata, orta aylıq pensiyanın iki dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatmasına nail olunub”.