BAYRAQDAR MEDİA – Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.
Bu sözlər fevralın 12-də Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya daxil olan xəbərdə yer alıb.
Xəbərdə daha sonra deyilir ki, “Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib. Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb”.
Bu arada Fövqəladə Hallar Nazirliyi də fevralın 12-də xəbər yayaraq bildirib ki, qurumun 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə yola salınmış növbəti humanitar yardım karvanı qardaş Türkiyənin Kahramanmaraş bölgəsinə çatıb: “çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib”.