BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına ilə Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Xəbəri fevralın 12-də FHN-dən veriblər.
Xəbərdə deyilir ki, qurumun xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş bölgəsində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
FHN-dən o da bildirilib ki, qurumun ikinci mobil səhra hospitalını daşıyan təyyarə qardaş ölkənin İncirlik Hava Limanına eniş edib.