Son yeniləmə: 15 Fevral 2023 12:28
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edirlər.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 11-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) 9 min manat(100.000 TL) nağd vəsaiti zərərçəkənlərə yardım fonduna köçürüb: “Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu nəzdindəki Azərbaycan Evi Azərbaycandan, Türkiyədən və Avropa ölkələrindən toplanan 2 yük maşını humanitar yardımı zəlzələ bölgəsinə çatdırıb. Ankarada fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi, “Azaflı” Hüquq və Konsaltinq şirkəti zəlzələ bölgəsinə 40 min manat (450.000 TL) dəyərində 1 TIR humanitar yardımı və 6 çadır göndərib. Eyni zamanda 30 nəfərlik 3 könüllü axtarış-xilastemə qrupu yaradılıb. Bu qrup tərəfindən zəlzələ bölgəsində 20 nəfər sağ çıxarılıb, 50-dən çox şəxsin isə meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib”.
Məlumata əsasən, İstanbulda azərbaycanlı Elşən Rəsulovun rəhbərlik etdiyi“ARS” və “Unixpadel” idman təsisatları və qurğuları şirkəti 153 min 500 manat (1.700.000 TL) dəyərində 3 TIR içməli suyu və 2 TIR humanitar yardımı zəlzələ bölgəsinə göndərib: “Xilasetmə işlərində istifadə olunmaq üçün 3 ekskvator,1 ədəd qreyder və 2 yükqaldırıcını icarəyə götürüb. Şirkətin Adıyamandakı fabrikində 500 nəfər zərərçəkənin yerləşdirilməsi təmin olunub. Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən 2 MİN 700 manat (30.000 TL) dəyərində uşaq bezləri, isti geyim, yataq, 40 cüt ayaqqabı, quru yeməklər, uşaq yeməkləri və uşaq paltarlarından ibarət mallar toplanaraq zəlzələ bölgəsinə yola salınıb. Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 270 manat (3.000 TL) köçürüb, zəlzələ bölgəsinə 5 min 400 manat (60.000 TL) dəyərində humanitar yük göndərib. İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyi AFAD-ın hesabına 9 000 manat (100.000 TL) vəsait köçürüb”.
Qeyd edilib ki, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Azərbaycan Kültür Evi zərərçəkənlərə yardım fonduna 900 manat (10.000 TL) vəsait köçürüb, zəlzələ bölgəsinə 27 min manat (300.000 TL) dəyərində1000 ədəd adyal göndərib: “Hatay Azərbaycan Evi Osmaniyə şəhərində zəlzələdən zərər çəkmiş 5 azərbaycanlı ailəyə gündəlik zəruri ehtiyaclarının qarşılanması üçün humanitar yardım göndərib. İstanbulda fəaliyyət göstərən İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 1 min 700 manat (1000.00 ABŞ dolları) vəsait köçürüb, 5 min 100 manat (3000 ABŞ dolları) dəyərində isti geyim, ərzaq, gigiyena və tibbi ləvazimatları zəlzələ bölgəsinə göndərib. Ankarada fəaliyyət göstərən Təbriz Araşdırmaları İnstitutu, eləcə də Güney Azərbaycan və Qaşqay türkləri 1 min 800 manat (20.000 TL) dəyərində olan ərzaq, isti geyim, dərman və tibbi ləvazimatlarızəlzələnin episentri olan Kahramanmaraş vilayətinə yollayıb. İğdır Vəqfi isə 2 min 700 manat (30.000 TL) maddi vəsaiti AFAD-ın İğdır şöbəsinin bank hesabına köçürüb, 1000 ədəd palto və 1000 ədəd çəkmədən ibarət humanitar yardımı zəlzələ bölgəsinə göndərilmək üçün Ankara Böyükşəhər Bələdiyyəsinə təhvil verib”.
Qeyd edək ki, bu rəqəmlər 6-10 fevral tarixlərini əhatə edir.