Son yeniləmə: 10 Fevral 2023 16:49
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə daha 200 şəxsə iş yerlərinə göndəriş verilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 10-da nazirlikdən məlumat verilib.
Bildirlib ki, onların bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək: “Bu da qeyd olunan işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla müvafiq işəgötürənlərə dəstək məqsədi daşıyır. Ümumilikdə iki il əvvəl icrasına başlanan proqram üzrə ötən dövrdə 500-dən çox işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb və bu əməkdaşlıq çərçivəsində 3727 şəxsə iş yerlərinə göndəriş verilib”.
Proqrama qoşulmaq istəyən işəgötürənlər agentliyin rəsmi saytından müraciət edə bilərlər.