Press "Enter" to skip to content

Üç min yeddi yüzdən çox şəxsə iş yerlərinə göndəriş verilib

Son yeniləmə: 10 Fevral 2023 16:49

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə daha 200 şəxsə iş yerlərinə göndəriş verilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 10-da nazirlikdən məlumat verilib.

Bildirlib ki, onların bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək: “Bu da qeyd olunan işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla müvafiq işəgötürənlərə dəstək məqsədi daşıyır. Ümumilikdə iki il əvvəl icrasına başlanan proqram üzrə ötən dövrdə 500-dən çox işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb və bu əməkdaşlıq çərçivəsində 3727 şəxsə iş yerlərinə göndəriş verilib”.

Proqrama qoşulmaq istəyən işəgötürənlər agentliyin rəsmi saytından müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.