Son yeniləmə: 10 Fevral 2023 17:06
BAYARQDAR MEDİA – Quzey Makedoniyada türklərin intensiv yaşadığı Mərkəzi Jupa və Plasnitsa bələdiyyələrində Türkiyədəki zəlzələ ilə bağlı 7 günlük matəm elan edilib.
Balkan News xəbər verir ki, Mərkəzi Jupa Bələdiyyəsində keçirilən növbədənkənar toplantı Türkiyədə zəlzələdən zərərçəkənlər üçün dua ilə başlayıb: “İclasda yekdilliklə 7 günlük matəm elan edilməsi və ilk növbədə 500 min dinar ianə verilməsi qərara alınıb”.
Plasnitsa bələdiyyəsində də 7 günlük matəm elan edilib.