BAYRAQDAR MEDİA – Fevralın 9-10-da qardaş Qazaxıstanın Türküstan şəhərində 1-ci Orta Asiya Parlamentlərarası Forumu keçirilib.
Xəbəri QazAqparat yayıb.
Xəbərdə deyilir ki, Forumda Orta Asiya ölkələrinin parlamentləri arasında münasibətlər, eyni zamanda iqtisadi iş birliyi və ortaq mədəni-tarixi mühitin inkişafı müzakirə edilib.
Forumda qərara alınıb ki, 2-ci Forum 2024-cü ildə qardaş Özbəkistanın Səmərqənd şəhərində keçirilsin.
Qardaş Türkmənistanın Xarici İşlər Nazirliyinin yaydığı xəbərdə isə bildirilir ki, Forumun sonunda iştirakçılar Türküstan Bəyannaməsi qəbul ediblər.
Bəyannamədə iqtisadi iş birliyini genişləndirmək və Orta Asiyada mədəni-tarixi ortaqlığı möhkəmləndirməkdə parlamentlərin rolu qeyd edilib.
Qeyd edək ki, Forumda ev sahibi Qazaxıstanla yanaşı Qırğızıstan, Özbəkistan, Türkmənistən və Tacikistan parlamentlərinin nümayəndə heyətləri iştirak edib.