Press "Enter" to skip to content

Növbəti humanitar yardım qardaş Türkiyəyə yola salınıb

Yardım uçağı

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi növbəti humanitar yardımı qardaş ölkəyə yola salıb.

FHN-dən BAYRAQDAR MEDİA-ya fevralın 10-da verilən xəbərə görə, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 200 ədəd çadır və 183 ədəd qızdırıcı daxildir.

Xəbərdə həmçinin, “humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb”, – deyə bildirilib.

Qeyd edək ki, ölkə başçısının tapşırığına uyğun olaraq, FHN-in daha bir mobil səhra hospitalı və digər vasitələrdən ibarət humanitar yardımları növbəti təyyarələrlə qardaş ölkəyə yola salınacaq.

Mission News Theme by Compete Themes.