Press "Enter" to skip to content

Müdafiə Nazirliyinin Türkiyəyə yardımı davam edir

Türkiyəyə növbəti yardım göndərilir

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, həyata keçirilən yardım tədbirləri davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müvafiq hərbi hissələrdə yaradılan toplama məntəqələrində yığılan yardım ləvazimatları növbəti yük avtomobili ilə Türkiyəyə yola salınıb.

Toplama məntəqələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri tərəfindən zəlzələ nəticəsində zərər dəymiş bacı və qardaşlarımıza quru qida, təmizlik ləvazimatları, geyim əşyaları, eləcə də yataq, istilik, kiçik məişət avadanlıqlarının və həyati əhəmiyyəti olan digər əşyaların toplanması üzrə tədbirlər davam etdirilir.

Mission News Theme by Compete Themes.