Son yeniləmə: 10 Fevral 2023 13:02
BAYRAQDAR MEDİA – Kuzey Kıbrısın hər yerində Türkiyədə zəlzələədn zərər çəkmişlərə yardım kampaniyasına başlanılıb.
Bu arada Gönyeli-Alayköy Bələdiyyəsinin yardım kampaniyası da davam edir.
Bu barədə Kibris Türk məlumat yayıb.
Məlumatda deyilir ki, Gönyeli-Alayköy Bələdiyyəsi Gönyeli və Alayköy bölgələrində toplanan yardımlar haqqında açıqlama yayıb. Açıqlamada ilkin mərhələdə 308 qutu yardım göndərildiyi bildirilib. Həmçinin, kampaniyanın davam etdiyi vurğulanıb.
Gönyeli-Alayköy Bələdiyyə başçısı Hüseyn Amcaoğlu Türkiyə xalqı ilə həmrəy olaraq bu fəlakətin öhdəsindən gələcəklərini söyləyib.