Press "Enter" to skip to content

Göydəki 1 mlrd manatın yarısı yerə endirilib

Osman Gündüz

BAYRAQDAR MEDİA – Başlıqdakı sözlər Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə aiddir. O, sosial mediada paylaşım edərək Azərbaycanın peyk xidmətlərindən əldə etdiyi gəlirlə bağlı duruma aydınlıq gətirib.

O.Gündüz yazıb ki, “Azərkosmos” 10 illik fəaliyyəti dövründə “AzerSpace-1”, “AzerSpace-2” və “AzerSky” peyklərinin xidmətlərindən 500 mln manat gəlir əldə edildiyini açıqlayıb: “Hesablamalar göstərir ki, indiki kursla müqayisə etsək, üç peykin hazırlanması və kosmosa göndərilməsinə 1 mlrd manat vəsait xərclənib. Yəni, belə demək mümkünsə, göydə 1 mlrd manatımız var. Belə çıxır ki, yarısını artıq qaytara bilmişik”.

Qurum rəhbəri onu da qeyd edib ki, peyklərin ömrü adətən 15 il hesablanır: AzerSky peykinin ömrünün başa çatmasına 2-3 il qalıb. AzerSpace-1 peykinin ömrünün başa çatmasına 5 il, AzerSpace-2-nin isə kosmos qəbiristanlığına yola düşməsinə təxminən 10 il var”.

““Azərkosmos” bu müddət ərzində qoyulan investisiyanın çıxarılacağı və xeyli gəlir götürəcəyini açıqlayıb. Növbəti mərhələdə hansı tip yeni peyklərin hazırlanıb orbitə qaldırılacağı, hansı ölkələrlə bu istiqamətdə əməkdaşlıq ediləcəyi haqqında hələlik rəsmi açıqlamalar olmayıb”, – deyə O.Gündüz bildirib.

Mission News Theme by Compete Themes.