Press "Enter" to skip to content

Gənclər və İdman Nazirliyi də yardım kampaniyasına başladı

Gənclər və İdman Nazirliyi

Son yeniləmə: 10 Fevral 2023 12:01

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə ölkəmizdə ictimai yardım kampaniyası davam edir. Azərbaycan vətəndaşları könüllü olaraq müxtəlif zəruri tələbat məhsullarını Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edilən yardım məntəqəsinə çatdırırlar.

Bu arada isə Gənclər və İdman Nazirliyi də qardaş ölkəyə yardım kampaniyasına başlayıb.

Nazirlikdən yardımlar ancaq hər gün yalnız saat 09:00-dan 18:00-a kimi qəbul olunur: “Digər vaxtlarda yardımların gətirilməməsi xahiş olunur. Çünki qalan vaxtlarda könüllülər yardımların toplanması və çeşidlənməsi ilə məşğul olur, tırlara yığılaraq göndərilməsini təmin edirlər”.

Mission News Theme by Compete Themes.