Press "Enter" to skip to content

Daha üç bölgədə dini maarifləndirmə tədbiri

Tədbir iştirakçılarının bir qrupu

BAYRAQDAR MEDİA – Respublikanın bölgələrində din məsələlərilə bağlı maarifləndirmə tədbirləri davam edir. Tədbirlər bu dəfə Gəncə, Ucar və Samuxda keçirilib.

Bu haqda xəbər fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən BAYRAQDAR MEDİA-ya daxil olub.

Gəncədə keçirilən tədbirdə DQİDK Gəncə bölgəsi şöbə müdirinin müavini Elmar Fətəliyev, Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxananın əməkdaşları iştirak ediblər.

Ucardakı maarifləndirmə tədbirinə isə DQİDK Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar Rayon İcra Hakimiyyəti başçısı Aparatı Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, gənclər və orta məktəb şagirdləri qatılıblar.

Samux rayonundakı İ.Nəsimi adına Ziyadlı kənd tam orta məktəbində keçirilən tədbirdə Dövlət Komitəsini Gəncə bölgəsi üzrə şöbənin əməkdaşı Rövşən Hacıyev, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Samux rayon Polis Şöbəsinin rəis müavinləri Arzu Məmmədov və Emin Qurbanov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda maarifləndirmə işinin əhəmiyyətindən bəhs olunub. Dini radikalizmə və zərərli vərdişlərə qarşı mübarizədə təhsilin vacibliyi diqqətə çatdırılıb. Həmçinin bu cür tədbirlərin keçirilməsinin zəruriliyi qeyd edilib.

Mission News Theme by Compete Themes.