Press "Enter" to skip to content

Dağıntılar altından çıxarılan qadın İlham Əliyevə salam göndərdi – VİDEO

Azərbaycanlı xilasedicilər iş başında

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

FHN-dən fevralın 10-da BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş bölgəsində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Maraqlıdır ki, dağıntılar altından çıxarılan bir qadın Azərbaycana təşəkkür etməklə qalmayıb, Prezident İ.Əliyevə salam da göndərib.

Mission News Theme by Compete Themes.