Son yeniləmə: 10 Fevral 2023 14:54
BAYRAQDAR MEDİA – Bosniya və Herseqovina daxilində bütün məscidlərdə qılınan cümə namazından sonra Kahramanmaraşda zəlzələ qurbanları üçün yardımlar toplanacaq.
Bu məlumatı Balkan News yayıb.
Məlumata əsasən, Bosniya və Herseqovina İslam Birliyindən verilən açıqlamada, Türkiyə və Suriyada təbii fəlakət qurbanları üçün başladılan yardım kampaniyası çərçivəsində yardımların fevralın 10-u cümə günü cümə namazından sonra toplanacağı bildirilib: “Bosniya və Herseqovina İslam Birliyi növbədənkənar sessiyadan sonra Bosniya və Herseqovina vətəndaşlarını Türkiyəni dəstəkləməyə çağırıb. İslam Birliyinin başqanı Hüseyn Kavazoviç türk xalqının dəhşətli faciə yaşadığını xatırladaraq,“Biz dəhşətə gəlirik və faciənin miqyasını sözlə ifadə edə bilmirik. Zəlzələdən zərər çəkənlərə Allahdan kömək diləyir, yaxınlarını itirən qardaş və bacılarımıza dərin hüznlə başsağlığı veririk. Xilasetmə işləri davam edir. İslam Birliyi və Bosniyalılar indiyə qədər hər zaman etdikləri kimi yardım kampaniyasına başlayacaq və bu yolla həmrəyliklərini sevgi və acıları paylaşacaqlar” deyib”.