BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi həkimləri Kahramanmaraşda fəaliyyəti davam etdirir.
MN-dən BAYRAQDAR MEDİA-ya fevralın 10-da verilən xəbərdə bildirilib ki, hərbi tibb personalı Türkiyə Səhiyyə Nazirliyinin və Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə növbəti 7 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 41 nəfərə ambulator yardım göstərib.
Qeyd edək ki, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun tibb personalı ümumilikdə 17 cərrahi əməliyyat icra edib, baş vermiş zəlzələdən zərərçəkən 134 nəfəri müayinə edərək onlara ambulator yardım göstərib.