BAYRAQDAR MEDİA – Dünyanın müxtəlif nöqtələrində qardaş Türkiyəyə yardım kampaniyaları başlayıb. Bu arada İraq Türkmən Cəbhəsi və İraq Türkmən Qeyri-Hökumət Təşkilatlarının etibarən başlatdığı yardım kampaniyası çərçivəsində ilk humanitar yardım maşınının Türkiyəyə yola düşdüyü bildirilib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata əsasən, İraq türkmənləri başda Kərkük olmaqla bütün Türkməneli bölgəsində zəlzələnin ilk günündən yardım kampaniyasına başlayıb: “Yardım kampaniyası çərçivəsində quru qida məhsulları, qış paltarları, yorğan-döşək kimi bir çox materialın toplanması davam edir. Müxtəlif məntəqələrdən toplanan yardımların koordinasiyalı şəkildə zəlzələ qurbanlarına çatdırılması üçün bütün Türkmən təşkilatları səylərini davam etdirir”.